14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Quaydo hakimiyyəti devirməyə çağırdı
Tarix: 08-03-2019 23:48 | Bölmə: Dünya



Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkənin 23 ştatından 21-nə elektrik enerjisinin verilişinin dayandırılmasında hökuməti ittiham edərək, xalqı hakimiyyəti devirməyə çağırıb.  
TASS-ın məlumatına görə, X.Quaydo paytaxt Karakasda mitinqdə çıxışı zamanı elektrik enerjisinin verilişində yaranan problemlərə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub. Onun sözlərinə görə, bunun nəticəsində ölkə xəstəxanalarında xeyli insan həyatını itirib.  
X.Quaydo qeyd edib ki, ölkənin energetik sisteminin bərbad vəziyyətdə olması kollapsın yaranmasına səbəb olub. 
Qeyd edək ki, ötən gün Venesuelanın 23 ştatından 21-nə elektrik enerjisinin verilişi dayandırılıb. Rəsmi qurumların bəyanatına əsasən, insidentə səbəb ölkənin ən böyük su elektrik stansiyasında törədilən təxribat olub. 



Baxış sayı: 519


Bölməyə aid digər xəbərlər