21:31 / 24-02-2025
Sevgilisini eyvandan atıb
Bütün xəbərlər
Tramp: "Rusiya-ABŞ-ın Ukrayna ilə bağlı danışıqları çox yaxşı gedir"
Tarix: 24-02-2025 22:04 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar çox yaxşı gedir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə dialoqun nəticələrini müsbət qiymətləndirib.
"Danışıqlar çox yaxşı gedir", - Tramp özünün "Truth Social" səhifəsində yazıb.
Tramp Ukraynada münaqişə başlayanda Ağ Evdə olsaydı, heç vaxt baş verməyəcəyi tezisini təkrarladı.
Amerika lideri Rusiya lideri ilə Ukraynadakı münaqişəyə son qoymaq üçün iqtisadi əməkdaşlıq məsələsində də ciddi müzakirələr aparacağını açıqlayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər