Bütün xəbərlər
Türkmənistan prezidenti ölkə qadınlarının hər birinə 17 dollar bağışlayacaq
Tarix: 06-03-2019 01:54 | Bölmə: Dünya



Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt və əyalət administrasiyalarının rəhbərlərinə qadınlara 8 Mart münasibəti ilə hədiyyə verməyi tapşırıb.
Rambler-in məlumatına görə, bu il qadınların pul şəklində aldığı hədiyyənin məbləği 17 dollar təşkil edəcək.
Prezidentin hədiyyəsinin təqdimolunma mərasimi Türkmənistanın dövlət televiziyası ilə yayımlanır. Bu il ölkənin azyaşlı qızlarına da hədiyyə veriləcək.
2011-ci ildən etibarən, Qurbanqulu Berdiməhəmmədovun  tapşırığı ilə dövlət müəssisələrində işləyən, ali və orta məktəblərdə oxuyan, eləcə də  müavinət alan və pensiyaçı qadınlara  8 Mart  Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə verilir.


Baxış sayı: 588


Bölməyə aid digər xəbərlər