11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Kolumbiyalı Rumıniyada Rusiyanın sifarişi ilə təxribat planlaşdırdığına görə həbs edilib
Tarix: 18-01-2025 15:40 | Bölmə: Dünya

Rumıniya İnformasiya Xidməti (RSI) iddia edir ki, əcnəbi guya Rusiyanın göstərişi ilə respublika ərazisində təxribat planlaşdırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin qurum heç bir sübut təqdim etməyib.
RSI saytı xəbər verir ki, iyulun sonunda Rumıniyaya gələn Kolumbiya vətəndaşı Luis Alfonso Murillo Dios saxlanılıb.
Onun fəaliyyəti Aİ ölkələrinə qarşı yönəlmiş təxribatçılar şəbəkəsinə aid olduğu iddia edilir. Kolumbiyalı milli təhlükəsizliyə qarşı cinayətlərdə ittiham olunur və ona qarşı iş məhkəməyə göndərilib.
Bundan əvvəl Rumıniyanın Snoop.ro portalı Rusiya Federasiyasının Rumıniya müxalifətini maliyyələşdirməklə bağlı ittihamlarının təsdiqini tapmadığını yazıb. Prezidentliyə namizəd Kalin Georgescu-nun TikTok kampaniyasının Moskva deyil, Rumıniya Milli Liberal Partiyası tərəfindən maliyyələşdirildiyini Milli Vergi Administrasiyasının apardığı araşdırma təsdiqləyib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər