14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ekspert: Məişət zəminində baş vermiş insident azərbaycanlı-çeçen dostluğuna ziyan vura bilməz
Tarix: 16-02-2019 22:53 | Bölmə: Dünya

Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalq arasında dostluq münasibətlərinə ziyan vura bilməz.
Bunu Trend-ə rusiyalı ekspert, Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Qalina Niyazova deyib.
Q.Niyazovanın sözlərinə görə, bu şəraitdə insidenti siyasiləşdirmək üçün müəyyən qüvvələr istənilən vəziyyətdən istifadə etməyə çalışacaqlar:
“Diaspor nümayəndələri bir-birinin yas və şənlik mərasimlərinə gedir, biznes, elm və maarifləndirmə sahələrində əməkdaşlıq edir. Digər tərəfdən baş vermiş münaqişə müasir gəncliyin tərbiyəsində buraxılan boşluqları göstərir. Sosial şəbəkələrin geniş istifadəsi özünənəzarətə əhəmiyyət verməməyə və öz sözlərinin məsuliyyətini daşımamağa imkan verir. Cəmiyyətdə yaşamaq xüsusi bacarıq və vərdişlər tələb edir”.
Ekspert qeyd edib ki, məişət zəminində baş vermiş insident iki xalq arasında dostluq münasibətlərinə ziyan vura bilməz:
“Hər iki xalq bir-birlərinə hörmət bəsləyir, onların ümumi ənənələri var və onlar arasında qarşılıqlı anlaşma mövcuddur. Öz növbəsində Rusiya bütün kiçik xalqların vahid məkanda yaşaması üçün əlverişli mühit yaradır”.
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.



Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər