14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Putin Saakaşvili metodunu işə salır - Qanuni oğrulara qarşı...
Tarix: 16-02-2019 06:01 | Bölmə: Dünya

               



Dünən Rusiya Prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların (MCQ) liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanunvericilik təklifi ilə çıxış edib.
Virtualaz.org xəbər verir ki, Putinin təklifinə görə, belə qruplaşmaların lideri kimi tanınmış şəxslər 8 ildən 15 ilə kimi azadlıqdan məhrum edilməli və 5 milyon rubl həcmində cərimə olunmalıdırlar. Təklifin əsas mahiyyəti bundan ibarətdir ki, "qanuni oğru" kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsas olacaq.
Xatırladaq ki, bu taktikadan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2004-cü ildə hakimiyyətə gələndən dərhal sonra istifadə etmişdi. Belə ki, Qızılgül inqilabıından əvvəl Gürcüstanda cinayətkarlığın səviyyəsi olduqca yüksək idi, az qala hər iki adamdan biri özünü "qanuni oğru" sayırdı. Saakaşvili mütəşəkkil cinayətkarlığa sarsıdıcı zərbə vurmaq üçün xüsusi qanun layihəsi hazırlayıb parlamentə təqdim etdi. Bu qanuna əsasən, şəxsin "qanuni oğru" statusunu etiraf etməsi onun 8-10 ilə qədər həbsi üçün əsasdır. Cinayətkar aləmin qanunlarına görə, əgər "qanuni oğru" titulu daşıyan şəxs bunu publik şəkildə inkar edirsə, dərhal bu statusunu itirmiş olur. Beləliklə, polis gürcü "oğru”lara qarşı əməliyyatlar keçirirdi və onları qruplar halında tuturdu. Daha sonra kameralar qarşısında onlara qanuni oğru olub-olmadıqları haqda sual verilirdi.
Bu qanunun təsiri ilə Gürcüstanda qanuni oğruların sayı sürətlə azaldı - onların çoxu ölkəni tərk etməli oldu.
İndi bu taktikadan Rusiya prezidenti istifadə edir. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin prezidentin bu təklifinin dərhal parlamentdə müzakirəyə çıxarılacağını bəyan edib.



Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər