Bütün xəbərlər
Lavrovdan atmacalı cavab: Böyük qardaş bizi izləyir...
Tarix: 16-02-2019 05:57 | Bölmə: Dünya

            



Rusiya Xarici İşlər naziri Sergey Lavrovla niderlandlı həmkarı Stef Blok arasında Münhendə görüş baş tutub.
Axar.az xəbər verir ki, "Bayerişer Hof" otelində baş tutan görüş zamanı sözügedən şəhərdə keçirilən beynəlxalq konfrans birbaşa translasiya olunur və bu zaman Almaniya XİN rəhbəri Hayko Maas öz çıxışına başlayır.
“Mən elə indicə çatdım. Bu, mənim ilk görüşümdür və Hayko Maas bizə baxır”, - deyə televiziyada canlı yayıma baxan S.Blok bildirib.
Lavrov da öz növbəsində, “Bəli, böyük qardaş bizi izləyir”, - deyə atmacalı şəkildə vurğulayıb.
Bundan sonra televizor söndürülüb.


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər