Bütün xəbərlər
BMT-nin Livandakı sülhməramlı qüvvələri İsrail ordusunun tələbi ilə mövqelərini tərk etməkdən imtina ediblər
Tarix: 12-10-2024 20:13 | Bölmə: Dünya

Birləşmiş Millətlər Təşkilatının Livanın cənubundakı Müvəqqəti Qüvvələri (UNIF) İsrail Müdafiə Qüvvələrinin (IDF) tələblərinə baxmayaraq, mövqelərini tərk etməkdən imtina edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.
“İsrail qüvvələri bizdən Mavi Xətt (BMT-nin nəzarətinin başladığı müvəqqəti geri çəkilmə xətti) boyunca mövqelərimizi tərk etməyimizi istədi, lakin qərara alındı ki, biz qalacağıq, çünki bu ərazidə BMT bayrağı dalğalanmalıdır”, - deyə, Tenenti sitat gətirib. Bu barədə "Agence France-Presse" məlumat yayıb.
Onun sözlərinə görə, Livanın cənubundakı döyüşlər sülhməramlılara da təsir edib - hətta BMT bazalarının içərisi də zədələnib. Tenenti hesab edir ki, İsraillə "Hizbullah" arasında eskalasiyanın fəlakətli nəticələri hər kəsə təsir edəcək regional münaqişəyə çevrilmək şansı yüksəkdir.
Tenenti münaqişənin diplomatik yolla həllinə çağırıb.
Oktyabrın 12-də məlum olub ki, BMT-nin “Mavi Dəbilqəlilər” missiyasının nümayəndəsi Livanın Naqura şəhəri yaxınlığında güllələnərək yaralanıb. Sülhməramlı əməliyyat olunub.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər