Bütün xəbərlər
İsrail Dəməşqin rayonlarından birində yaşayış binasına zərbələr endirib
Tarix: 08-10-2024 22:39 | Bölmə: Dünya

SANA agentliyi xəbər verir ki, Dəməşqin Mezza bölgəsindəki yaşayış binası İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə nəticəsində zədələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, hücum nəticəsində itkilər olub.
Daha sonra “Al Hadath” telekanalı Dəməşqdəki mənbələrə istinadən xəbər verib ki, İsrailin Mezza rayonunda yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 4 nəfər həlak olub. Kanalın mənbələrinin qeyd etdiyi kimi, hücum İranın Suriyadakı səfirliyinə bir kilometrdən az məsafədə yerləşən binaya edilib.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər