Bütün xəbərlər
İsrail ordusu Beyruta yeni hədəfli zərbə endirdiyini açıqlayıb
Tarix: 29-09-2024 18:30 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri Livanın paytaxtında şiə "Hizbullah" hərəkatının nümayəndələrinin yerləşdiyi əraziyə yeni hücuma keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İsrail Müdafiə Qüvvələri Beyrutun Dahiya bölgəsinə hədəfli zərbə endirib", - hərbi idarənin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
Şənbə günü İDF Beyrutda "Hizbullah" lideri Həsən Narullahın öldürüldüyünü bildirib. ABŞ-ın yüksək rütbəli rəsmisinin sözlərinə görə, İsrail indi Livana məhdud qurudan müdaxilə etməyi planlaşdırır.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər