Bütün xəbərlər
İsrail ordusu "Hizbullah" lideri Nəsrullahın sıradan çıxarıldığını rəsmən elan edib
Tarix: 28-09-2024 12:47 | Bölmə: Dünya

Şiə "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullah İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Dünən (cümə – red.) İsrail ordusu “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahı öldürüb”, – İsrail ordusunun bəyanatında deyilir.
O, həmçinin "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Kərki və “digər komandirlərin” məhv edildiyini bildirir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda bir sıra "Hizbullah" komandirlərinin məhv edildiyini açıqlamışdı.


Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər