Bütün xəbərlər
Tramp və Putin "göydə" görüşsün - Səfirdən təklif
Tarix: 14-02-2019 01:12 | Bölmə: Dünya

               

Mən ABŞ və Rusiya prezidentlərinin iştirakı ilə kosmosda sammitin keçirilməsini təklif edərdim.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman Almaniya səfirliyində “Soyuz MS-09” beynəlxalq kosmik stansiya heyətinin qaytarılmasına həsr edilən tədbirdə deyib.
“Mənim NASA-ya təklifim növbəti ABŞ-Rusiya sammitinin kosmosda keçirilməsidir. Çünki qravitasiya sahəsinə üstün gəldiyimizdə, elə təəssürat yaranacaq ki, bizim üçün mümkünsüz heç nə yoxdur. Kosmosda olduğumuzda biz təbiətin gözəlliyini görürük və bəşəriyyətin qorunması tapşırığından başqa heç nə düşünmürük”, - deyə səfir bildirib.


Baxış sayı: 534


Bölməyə aid digər xəbərlər