Bütün xəbərlər
İsrail Suriyanın mərkəzindəki hədəflərə zərbələr endirib
Tarix: 23-08-2024 23:39 | Bölmə: Dünya

SAR Müdafiə Nazirliyi açıqlamasında İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Suriyanın mərkəzindəki hədəflərə hücumu nəticəsində 7 nəfərin yaralandığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu gün...İsrail Livanın şimalındakı hava məkanından mərkəzi hissədəki hədəflərə zərbələr endirib”, - bəyanatda deyilir.
Kommunikeyə görə, Suriyanın hava hücumundan müdafiə sistemləri hava hədəflərinin bir qismini vurmağa nail olub.
Bundan əvvəl “Əl-Vətən” İDF-nin Homs əyalətindəki hədəflərə hücum etdiyini bildirib. İki Suriya vətəndaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər