Bütün xəbərlər
Abbas İsrailin sui-qəsd cəhdindən qorxaraq Türkiyədə şam yeməyini ləğv edib
Tarix: 21-08-2024 11:13 | Bölmə: Dünya

Mahmud Abbas həyat üçün mümkün təhlükə səbəbindən Türkiyədə parlament üzvləri ilə şam yeməyini ləğv edib - Fələstin prezidenti İsrailin sui-qəsd cəhdindən ehtiyat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.
Mahmud Abbas avqustun 15-də Türkiyə parlamenti qarşısında çıxış edərək Qəzzaya səfər etmək niyyətini açıqlayıb. Bundan sonra Fələstin prezidenti Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa şam yeməyindən imtina etməli olub. Nəşrin məlumatına görə, Abbas hava qaralmamış Fələstinə çatmaq istəyib.
Nəşr qeyd edib ki, “İsrailin qətllərinin hər yerdə baş verdiyi bir vaxtda Mahmud Abbasın ehtiyatlılığından daha anlaşılan heç nə yoxdur”.
İyunun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb. Ölümün səbəbi iqamətgahına birbaşa zərbə olub.


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər