Bütün xəbərlər
Polşalı general homofobiya və irqçiliyə görə NATO-nun qərargahından geri çağırılıb
Tarix: 04-08-2024 12:19 | Bölmə: Dünya

Qərəz, homofobiya və irqçilik ittihamlarına görə polşalı general Artur Yakubçik NATO-nun mənzil-qərargahındakı vəzifəsindən uzaqlaşdırılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun davranışı qəbuledilməz adlandırılıb.
Bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, NATO müttəfiqləri general Yakubçikin kəşfiyyat siyasətinin rəhbəri vəzifəsi uğrunda rəqabət zamanı davranışına görə beynəlxalq hərbi qərargahda dəyişdirilməsini tələb ediblər və bu, qəbuledilməz hesab edilib.
Nəşrin yazdığına görə, general müsabiqə komissiyasının üzvü olmaqla, namizədlərdən birinin, polşalı qadının xeyrinə qərəzli mövqe nümayiş etdirib. Digər ittiham isə onun homofob və irqçi davranışı ilə bağlıdır.
Polşa Milli Müdafiə Nazirliyi generalın geri çağırılması ilə bağlı məlumatı təsdiqləyərək, onun təyinatının departamentin əvvəlki rəhbərliyinin “daha bir ölümcül kadr qərarı” olduğunu bildirib.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər