12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Husilər Eylatdakı hədəfləri və Qırmızı dənizdə ABŞ gəmisini vurub
Tarix: 21-07-2024 13:42 | Bölmə: Dünya

Yəmənin şimalına nəzarət edən şiə Ənsar Allah (Husi) hərəkatı İsrailin cənubundakı Eylat bölgəsindəki hədəflərə ballistik raket zərbələri, eləcə də Qırmızı dənizdə Amerikanın Pumba gəmisinə hücum təşkil etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Husi silahlı qüvvələrinin sözçüsü Yəhya Sariyanın sözlərinə görə, raket birləşmələri Eylat bölgəsindəki hədəflərə qarşı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etdikləri əməliyyat keçirib. Həmçinin dəniz qüvvələri ilə raket birləşmələri arasında birgə hərbi əməliyyat keçirilib, nəticədə Qırmızı dənizdə Amerikanın “Pumba” gəmisi hücuma məruz qalıb.
Sarianın sözlərinə görə, zərbələr “Amerika-Britaniya-İsrail təcavüzü”nə cavab olaraq həyata keçirilib. Bundan əvvəl Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən husilər Yaxın Şərq münaqişəsində Fələstini dəstəklədiklərini və İsraillə əlaqəli istənilən gəmiyə hücum etmək niyyətlərini açıqlamışdılar.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər