12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
FTB Trampı güllələyənin 20 yaşlı Kruks olduğunu təsdiqləyib
Tarix: 14-07-2024 18:14 | Bölmə: Dünya


Amerikanın keçmiş lideri Donald Trampa sui-qəsd cəhdini Pensilvaniya ştatının 20 yaşlı sakini Tomas Metyu Kruks törədib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seçki mitinqində açılan atəşdən sonra o, yerindəcə məhv edilib.
ABŞ-ın keçmiş prezidentinə sui-qəsd cəhdində iştirak edən şəxsin kimliyi Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən təsdiqlənib.
"New York Times" daha əvvəl yazmışdı ki, Cruks seçici məlumat bazasında respublikaçı kimi qeydə alınıb. Qəzetin yazdığına görə, bu adamın heç bir cinayəti olmayıb və qanun pozuntusu ilə bağlı ittiham irəli sürülməyib. O, 2022-ci ildə Pensilvaniya ştatının Bethel Park Məktəbini bitirib.
Donald Trampa sui-qəsd cəhdi iyulun 13-də axşam, siyasətçi Pensilvaniyada tərəfdarları qarşısında mitinqdə çıxış edərkən baş verib. Nəticədə Tramp qulağından yaralanıb; indi onun səhhəti təhlükə altında deyil.
ABŞ Məxfi Xidməti hadisə zamanı bir tamaşaçının öldüyünü, ikisinin isə ağır yaralandığını bildirib.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər