Bütün xəbərlər
Deyir ki, sən Atatürkün düşmənisən... - Çavuşoğlu
Tarix: 11-02-2019 23:01 | Bölmə: Dünya

                      



Biz Atatürkə qarşı deyilik, onun prinsiplərini qəbul edirik, Atatürkün cümhuriyyəti yarandıqdan sonra ortaya qoyduğu hədəflərə çatmaq üçün gecə-gündüz çalışırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu CHP-nin AKP hökumətini tənqid etməsinə münasibət bildirərkən deyib.
Atatürkün heç kimin inhisarında olmadığını qeyd edən Çavuşoğlu kimlərə qarşı olduqlarını açıqlayıb:
"Biz kimin əleyhinəyik, bilirsinizmi? Heç bir iş görməyən, yatan, gəzən, Atatürkdən istifadə edən parazitlərə qarşıyıq. Tənqid edirsən, deyir ki, sən Atatürkün düşmənisən. Mən niyə Atatürkün düşməni olum ki? Mən səni yerinə yetirmədiyin vəzifələrdən dolayı tənqid edirəm, sənin ədalətini tənqid edirəm. Onsuz da Atatürkə də ən çox zərər verən bu tiplərdir".


Baxış sayı: 720


Bölməyə aid digər xəbərlər