Bütün xəbərlər
İran Məclisi Kanada Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrinin terrorçular siyahısına əlavə edilməsini təklif edib
Tarix: 23-06-2024 17:49 | Bölmə: Dünya

İran Məclisi Kanada hökuməti ilə əlaqəsi olan ordu və təhlükəsizlik qüvvələrinin terror təşkilatları siyahısına daxil edilməsini istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Hökumətə ordunu, eləcə də Kanada Nazirlər Kabineti ilə əlaqəli silahlı qüvvələri və təhlükəsizlik qüvvələrini terrorçu elan etməyə məcbur edən təklif irəli sürülüb”, - "Nour News" xəbər verir.
Bundan əvvəl Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə etdiyi məlum olub. Xarici işlər naziri Mélanie Joly bütün kanadalıları İranı dərhal tərk etməyə çağırıb. O, həmçinin bildirib ki, Kanadada olan hazırkı və keçmiş İran rəsmiləri ölkədən çıxarıla və ya istintaq obyektinə çevrilə bilərlər.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər