Bütün xəbərlər
İtaliya sahillərində yelkənli qayığın qəzaya uğraması nəticəsində 34 miqrant həlak olub
Tarix: 22-06-2024 17:36 | Bölmə: Dünya

İtaliyanın cənub sahillərində İon dənizində miqrantları daşıyan yelkənli qayıq batıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 34 nəfər faciənin qurbanı olub.
Qəza Kalabriya sahillərindən 120 dəniz mili aralıda baş verib, RİA Novosti "Corriere della Calabria"ya istinadən yazır. Ölənlərdən 8-i azyaşlı olub.
Axtarış təşkilatlarından biri gəmidə 26-sı uşaq olmaqla ümumilikdə 66 nəfərin olduğunu bildirən 11 nəfəri sağ çıxarıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Sahil Mühafizəsi axtarışlara təyyarələr cəlb edib.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər