Bütün xəbərlər
Makron bildirib ki, Avropa Rusiya ilə müharibə aparmır
Tarix: 27-05-2024 21:30 | Bölmə: Dünya

Avropa ölkələri Rusiya və rus xalqı ilə müharibə aparmır. Eyni zamanda, Aİ Ukraynaya lazım olan qədər kömək etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Almaniyaya dövlət səfərinə gələn Fransa prezidenti Emmanuel Makron deyib. Onun çıxışı X sosial şəbəkəsində Yelisey sarayı səhifəsində yayımlanıb.
Beşinci Respublikanın rəhbəri əlavə edib ki, avropalılar münaqişənin uzunmüddətli həllinin tərəfdarıdırlar.
“Sülh Ukraynanın təslim olması demək deyil”, - deyə, Makron bildirib: “Ukraynalıların özləri seçəcəkləri sülh olacaq”.
Fransa prezidenti 24 ildən sonra ilk dövlət səfərini Almaniyada edir. Makronun Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşü planlaşdırılır.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər