Bütün xəbərlər
Hindistanda 28 nəfərin öldüyü oyun mərkəzinin yalnız bir çıxışı var idi
Tarix: 26-05-2024 18:06 | Bölmə: Dünya

Şənbə günü Hindistanın Rajkot şəhərində (Qucarat ştatı) faciə baş verib - oyun mərkəzində baş verən yanğında 9-u uşaq olmaqla 28 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ştat polisi bildirib ki, araşdırma zamanı əyləncə müəssisəsində ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkar edilib.
Mərkəzin sahiblərində yanğınsöndürmə idarəsi tərəfindən verilən yanğın təhlükəsizliyi lisenziyası olmayıb. Üstəlik, oyun sahəsinin ziyarətçilər üçün yalnız bir giriş/çıxışı var idi. İfadələrə görə, generatorlar və yarış kartlarının yanacağı üçün binanın müxtəlif hissələrində minlərlə litr benzin və dizel yanacağı saxlanılıb.
Faciə ilə əlaqədar müəssisənin sahibi və müdiri də daxil olmaqla 6 nəfər saxlanılıb. Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, onlara 400 min rupi (4,8 min dollar) təzminat ödəniləcək. Qurbanlar 50 min rupi (600 dollar) alacaqlar.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər