14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Evinə pivə borusu çəkilən Nobelçi alim
Tarix: 10-02-2019 19:21 | Bölmə: Dünya

                        

Dünyanın ən məşhur pivə istehsalçısı “Karlsberq” (Carlsberg) nəinki illər boyu planeti ən dadlı pivə ilə təmin edib, həmçinin kvant fizikasının atası sayılan Nils Boru ömürlük pivə selində boğub.
Publika.az xəbər verir ki, 1922-ci ildə Kvant fizikası sahəsindəki nailiyyətlərinə görə Nobel mükafatına layiq görülən alim əslən Danimarkalı idi. Odur ki, dahi oğulları ilə qürur duyan şirkət və qurumlar ona layiqli hədiyyələr edirdilər. “Karlsberq” rəhbərliyi də qeyri-adi üsula əl atır. Onlar zavoda yaxın məsafədə ev tikib, mətbəxinə su əvəzinə pivə borusu çəkirlər. Bu möcüzəli evi alimə hədiyyə edirlər.
24 saat ərzində evə axan pivə nəinki Boru eləcə də onun həmkarlarını, dostlarını məmnun edirdi. Dəfələrlə qonağı olan Enşteyn alimin bəzi nəzəriyyələri ilə həmfikir olmasa da, limitsiz pivə həzzindən yararlanmağı sevirdi.
Beləliklə Nils Bor evindən su əvəzi birinci növ pivə axan ilk planet sakininə çevrildi.



Baxış sayı: 665


Bölməyə aid digər xəbərlər