14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Vəkil: Robert Koçaryan heç bir ifadə verməyəcək
Tarix: 09-02-2019 21:47 | Bölmə: Dünya



                             


Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan ona qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir ifadə vermək niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə sabiq prezidentin vəkili Ayk Alumyan bildirib.
Vəkil deyib ki, R.Koçaryan ona qarşı irəli sürülən ittihamları anlamır.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib. Məhkəmə R.Koçaryanın vəkillərinin ərizələrini qəbul etməyib və sabiq ölkə rəhbərinin daha iki ay həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.



Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər