14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Fransada naməlum şəxslər Milli Yığıncağın sədrinin evini yandırmağa çalışıblar
Tarix: 09-02-2019 14:13 | Bölmə: Dünya

                           

Fransada naməlum şəxslər Milli Yığıncağın sədri Rişar Ferranın evini yandırmağa çalışıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Yığıncağın saytında yerləşdirilən kommünikedə bildirilir.
Qeyd edilir ki, başlayan yanğını E.Ferranın qonşusu görüb və operativ xidmətlərə xəbər verib. İnsident Milli Yığıncağın sədri ölkənin baş naziri Eduar Filiplə birgə Ren şəhərində işgüzar səfərdə olan zaman baş verib.
Kommünikedə deyilir: "İnsident baş verən yerdə ədyal, qismən yanmış şin və əldəqayırma məşəl tapan milli jandarmeriya əməkdaşları evin qəsdən yandırılmasından şübhə etmirlər".



Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər