14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
ABŞ-ın Dünya Bankının rəhbəri vəzifəsinə namizədi Çinə verilən kreditləri azaltmağa çağırıb
Tarix: 08-02-2019 08:21 | Bölmə: Dünya

                               

ABŞ-ın Dünya Bankının rəhbəri vəzifəsinə namizədi Devid Malpas təşkilatın Çinə verdiyi kreditlərin həcmlərini azaltmağı lazım bilir. O, bildirib ki, səyləri kasıb ölkələrdə həyat tərzinin yüksəlməsinə cəmləmək lazımdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu haqda Devid Malpas "Bloomberg" TV-ə müsahibəsində bildirib.
"Söhbət Çinə köməyin dayandırılmasından gedir", - deyə Malpas bildirib. O, qeyd edib ki, kreditlər pul gəlirləri aşağı səviyyəli və ya inkişaf edən ölkələr üçün daha əlçatan olub.
Dünya Bankının Çinə kreditlərin verilməsini ixtisara salmaq qərarı ilə bağlı islahatı ötən il qəbul edilib. Malpas ancaq onun reallaşdırılmasına nail olmaq istəyir. O, təşkilatın prezidenti seçiləcəyi təqdirdə Dünya Bankının ekstremal yoxsulluqla mübarizədə effektivliyini yüksəltməyə hazırlaşır.
Daha əvvəl bildirilib ki, Dünya Bankının prezidenti vəzifəsinə ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp gələ bilər.



Baxış sayı: 604


Bölməyə aid digər xəbərlər