Bütün xəbərlər
"The Telegraph": Britaniyada 15 minə yaxın ukraynalı qaçqın evsiz qalıb
Tarix: 23-02-2024 16:07 | Bölmə: Dünya

Britaniyanın “The Daily Telegraph” nəşri İngiltərədəki ukraynalı qaçqınların taleyindən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzetin yazdığına görə, “Cənnət bağında” bir çox insan sosial iyerarxiyanın dibinə enib.
İnsanlar evlərini itirib, özlərini küçədə tapıblar. 15 minə yaxın məcburi köçkünün başları üzərindəki dam götürülüb. Ümumilikdə sığınacaq proqramı çərçivəsində 130 min ukraynalı Dumanlı Albiona köçüb.
"Hər şey şərtlərlə bağlıdır. Sponsorlar yalnız altı ay öhdəlik götürürlər. Və sonra öz mülahizələri ilə hərəkət edə bilərlər", - "The Daily Telegraph"-ın mənbəsi izah edib.
Beləliklə, ukraynalıların 7,5%-i çətin seçim qarşısında qalıb: ya evsizlər sırasına qoşulmaq, ya da öz vətənlərinə qayıtmaq.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər