22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
WSJ: Çinli hakerlərin ABŞ infrastrukturuna hücumları görünməmiş bir hadisədir
Tarix: 19-02-2024 12:59 | Bölmə: Dünya

“The Wall Street Journal” yazır ki, çinli hakerlərin Amerika infrastrukturuna hücumları “görünməmiş ölçülərə” çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin nəşrə bildirdiyinə görə, “Volt Tayfun” qrupunun ABŞ-ın rabitə, enerji, nəqliyyat və su təchizatı obyektlərinə hücumlarda əli olduğu iddia edilir.
ABŞ rəsmiləri hesab edirlər ki, hakerlər ən azı beş il ərzində kompüter şəbəkələrinə girişi qoruyub saxlayıblar. Eyni zamanda, Rey bunun sadəcə "aysberqin görünən hissəsi" olduğunu vurğuladı. O, həmçinin Avropa və Asiyada hökumətləri haker hücumlarına qarşı müdafiələrini gücləndirməyə çağırıb.
2023-cü ilin may ayında ABŞ Milli Təhlükəsizlik Agentliyi ABŞ-ın kritik infrastrukturuna Volt Tayfun kiberhücumunu elan etdi, lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü hesabatı dezinformasiya adlandırdı.
Bundan əvvəl Qərb bank sistemini məhv etməyi vəd edən hakerlərin planları barədə məlumat verilmişdi.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər