Bütün xəbərlər
Yanacaq tankerinə silahlı hücum: Bir əsgər öldü, daha bir zabit yaralandı
Tarix: 06-02-2019 13:12 | Bölmə: Dünya

                               


İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda yanacaq tankerinə hücum olunub.
Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayəti Xürrəmabad rayonunun qubernatoru Əsəd Abdullahi deyib.
Ə.Abdullahinin sözlərinə görə, naməlum silahlılar Çağərvənd magistralında yanacaq doldurma məntəqəsində tankerə atəş açıblar.
Silahlıların atəş açması nəticəsində 1 əsgər ölüb, 1 polis zabiti yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, tankerin partlaması nəticəsində ətrafdakı binaların pəncərələri qırılıb. Silahlılar bir avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 566


Bölməyə aid digər xəbərlər