22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ Dövlət Departamenti Artem Ussun harada olduğu barədə məlumatlara görə mükafat elan edib
Tarix: 05-12-2023 21:00 | Bölmə: Dünya

Amerika rəhbərliyi Krasnoyarsk diyarının keçmiş qubernatoru Aleksandr Ussun oğlu, biznesmen Artem Ussun harada olduğunu bildirən hər kəsə 7 milyon dollar vəd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlamasında bildirdiyinə görə, ABŞ hakimiyyəti sahibkarı saxlamağa imkan verəcək istənilən məlumat üçün pul ödəməyə hazırdır.
ABŞ-da kiçik Uss sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında günahlandırılır və onu 30 ilə qədər həbs gözləyir. Keçən il Vaşinqtonun tələbi ilə o, İtaliyada saxlanılıb, sonra isə ev dustaqlığında olub. Bu ilin mart ayında Uss qalmağa məcbur olduğu kirayəlik mənzildən yoxa çıxıb.
Rusiya da Ussu axtarışa verib və xüsusilə irimiqyaslı çirkli pulların yuyulması ilə bağlı cinayət işi ilə əlaqədar onun ekstradisiyasını tələb edib. İş adamı könüllü olaraq Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına gəlib.
Aleksandr Ussa gəlincə, bu ilin aprelində o, qubernator vəzifəsindən istefa verib və daha sonra Krasnoyarsk diyarına senator təyin edilib.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər