Bütün xəbərlər
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer vəfat edib
Tarix: 30-11-2023 09:13 | Bölmə: Dünya

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters"-in hesabatında qeyd edildiyi kimi, Henri Kissincer Konnektikutdakı evində dünyasını dəyişib. Ölümün səbəbləri açıqlanmır.
1973-1977-ci illərdə Kissincer ABŞ Dövlət Departamentinə rəhbərlik edib, 1969-1974-cü illərdə isə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri olub.
Henri Kissincer bir neçə dəfə Rusiya Federasiyasına səfər edib. Bu səfərlər zamanı o, Rusiya prezidenti Vladimir Putinlə 10 dəfədən çox görüşüb.
Kissincerin sözlərinə görə, Rusiya “qlobal balansın yeni sistemində mühüm elementdir”. O vurğulayıb ki, “Rusiya və ABŞ arasında tarazlıq dünyada sabitliyi gücləndirəcək”.
Henri Kissincer Amerikanın ən böyük dövlət xadimlərindən biri hesab olunurdu.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər