Bütün xəbərlər
HƏMAS dördüncü girov qrupunu Qırmızı Xaça təhvil verib
Tarix: 27-11-2023 23:03 | Bölmə: Dünya

Beynəlxalq Qızıl Xaç Komitəsi HƏMAS-ın saxladığı dördüncü girov qrupunu qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Qrupda 11 İsrail və 6 Tailand vətəndaşının olduğu dəqiqləşir.
Bundan əlavə, Misirin informasiya xidmətinin rəhbəri bildirib ki, HƏMAS atəşkəsin uzadılması çərçivəsində azad ediləcək 11 məhbusun siyahısını İsrailə verib.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, münaqişə tərəfləri Qəzza zolağında atəşkəsi iki gün uzatmağa razılaşıblar.
Noyabrın 24-dən bəri ən azı 58 israilli girov Qəzza zolağından çıxarılıb, Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru Robert Mardini bildirib. Eyni zamanda 85 fələstinli məhbus İsrail həbsxanalarından İordan çayının qərb sahilinə gətirilib.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər