Bütün xəbərlər
Silah anbarına hücumdan sonra komendant saatı tətbiq edib
Tarix: 26-11-2023 19:29 | Bölmə: Dünya


Sierra Leone hakimiyyəti naməlum şəxslərin Silahlı Qüvvələrin silahları olan anbara girməyə cəhd etməsindən sonra bütün ölkə ərazisində komendant saatı tətbiq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İnformasiya və Vətəndaşların Təhsili Nazirliyi məlumat yayıb.
Aydın olur ki, hərbçilər hücum edənləri dəf edə biliblər, lakin onlar qaça biliblər - onları saxlamaq üçün komendant saatı tətbiq edilib. Ölkə rəhbərliyi vətəndaşlara evlərini tərk etməməyi tövsiyə edib.
Daha sonra BBC-nin məlumatına görə, eyni naməlum şəxs paytaxt həbsxanalarından birinə hücum edərək məhbusları azad edib. "Reuters" xəbər verir ki, Sierra Leonedə geniş iğtişaşlar baş verib, Fritaun şəhərinin bəzi yerlərində atəş səsləri eşidilib.
ECOWAS bu hadisələri “konstitusiya quruluşunu pozmaq üçün sui-qəsd” adlandırıb. Avropa Birliyi də baş verənlərdən narahatlığını bildirib və vətəndaşları ölkədə tətbiq olunan komendant saatına əməl etməyə çağırıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər