Bütün xəbərlər
Qəzza zolağında məktəb binasının vurulması nəticəsində 30-a yaxın adam həlak olub
Tarix: 24-11-2023 07:12 | Bölmə: Dünya





Media Qəzza zolağının şimalında qaçqınların sığındığı BMT-nin Yaxın Şərq Agentliyinin məktəb binasına hücumdan xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti agentliyinin Livan resurslarına istinadla verdiyi məlumata görə, İsrail əsgərləri Qəzza zolağının şimalında, Cebaliya şəhəri yaxınlığında yerləşən Əbu Hüseyn məktəbinin binasına hücum edib.
İlkin məlumatlara görə, binada sığınan 30-a yaxın qaçqın hücumun qurbanı olub. Daha 100-ə yaxın insan yaralanıb.
Bir neçə gün əvvəl Cəbəliyyədə daha bir məktəb raketlə vurulmuşdu. Ən azı 200 nəfərin öldüyü bildirilir. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, İsrail hərbçiləri noyabrın 21-də Cəbəliyyəni mühasirəyə alıb və bu ərazidə quru əməliyyatları keçirməyə hazırlaşır.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər