Bütün xəbərlər
Netanyahu: "Girovların azad edilməsi ilə bağlı razılaşma yoxdur"
Tarix: 18-11-2023 23:37 | Bölmə: Dünya

Hazırda Qəzza zolağında girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında heç bir razılaşma yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Benyamin Netanyahu bildirib.
İsrailin baş naziri vurğulayıb ki, bu məsələ ilə bağlı çoxlu əsassız şayiələr var, lakin bu gün heç bir razılaşma yoxdur.
Netanyahu televiziya ilə xalqa müraciətində deyib: "Deyəcək bir şeyimiz olanda onu deyəcəyik".
O, həmçinin bildirib ki, münaqişə bitdikdən sonra İsrail Qəzza zolağında tam fəaliyyət azadlığını qoruyub saxlamalıdır.
Bundan əvvəl HƏMAS hərəkatı girovların təhlükəsizliyini təmin edən qruplarla əlaqəni kəsdiyini, ona görə də onların taleyi ilə bağlı hazırda məlumat olmadığını bildirmişdi.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər