14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Avropa Parlamenti Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına etinasızlıq göstərir
Tarix: 31-01-2019 23:42 | Bölmə: Dünya



Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi Avropa Parlamentinin qərəzli mövqeyi ilə bağlı bəyanat verib.
Trend-in məlumatına görə, bəyanatda qeyd olunur:
“Ermənistanın siyasi məhbusu aclıq aksiyasından dünyasını dəyişib. Ermənistanda insan haqlarının pozulması davam edir. Ermənistan beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur.
Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssaslıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəcüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edir və bloqer Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən ABŞ və Avropa mətbuatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.
Biz Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi və İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq, Avropa Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa çağırırıq”.



Baxış sayı: 561


Bölməyə aid digər xəbərlər