22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Borrell: "Aİ ABŞ-ın hərəkətlərindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcək"
Tarix: 01-10-2023 21:50 | Bölmə: Dünya

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, ABŞ-ın nə etməsindən asılı olmayaraq, Avropa İttifaqı Ukraynaya yardım göstərməyə davam edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Aİ Kiyev rejimi üçün maliyyəni artıracaq.
“Biz hətta onu (maliyyə dəstəyini - red.) artırmaq niyyətindəyik, çünki baş verənləri ekzistensial təhlükə hesab edirik”, - TASS sitat gətirir.
O əlavə edib ki, Aİ-nin dəstəyi Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələrindən asılı deyil. Borrell etiraf edib ki, Rusiya istehkamları səbəbindən hücum çətin olub. O, daha əvvəl bəyan etmişdi ki, Rusiyanın minalanmış sahələri Ukrayna qoşunlarının irəliləməsinə mane olur. Onun sözlərinə görə, hazırda Ukrayna ərazisinin üçdə biri minalanır, belə bir şəraitdə genişmiqyaslı hücum həyata keçirmək intihara bərabər olardı.
Bu arada ABŞ prezidenti Cozef Bayden Konqresin Ukraynaya dəstək üçün vəsait ayıracağına əminliyini bildirib. Onun fikrincə, heç bir halda bu yardımın dayandırılmasına yol verilməməlidir.
Bayden Ağ Evdə çıxışı zamanı deyib: “Amerika müttəfiqlərini, Amerika xalqını və Ukrayna xalqını əmin etmək istəyirəm ki, onlar bizim dəstəyimizə arxalana bilərlər, biz getməyəcəyik”.
Oktyabrın 1-də məlum olub ki, Amerika prezidenti Konqres tərəfindən təsdiqlənən və hökumətin maliyyələşdirilməsini noyabrın 17-dək davam etdirəcək qanunu imzalayıb. Eyni zamanda, qanun Ukraynanın ehtiyacları üçün vəsaitin ayrılmasını nəzərdə tutmur, lakin Baydenin sözlərinə görə, o, qanunvericilərin ayrıca səsvermədə müvafiq qərarı dəstəkləyəcəklərinə ümid edir.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər