Bütün xəbərlər
Çexiyada sərnişin və yük qatarları toqquşub
Tarix: 14-09-2023 23:20 | Bölmə: Dünya


Sentyabrın 14-də Çexiyanın şimal-qərbində iki qatar toqquşub, qatarda olan 3 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, dəmir yolu hadisəsi cümə axşamı Çexiyanın Mlada Boleslav şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, sərnişin qatarının maşinisti qadağanedici siqnalı görməyib və yük qatarına tərəf hərəkət edib.
Qatarda olan 37 nəfərdən üçü yüngül yaralanıb və xəstəxanaya aparılıb.
Dəmiryolunun qəzalı hissəsində hərəkət bir neçə saat bağlanıb. Sərnişinlər avtobuslarla təyinat yerlərinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə şəraiti aydınlaşdırılır.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər