14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Ermənistanda insan haqları kobud pozulduğu halda, Avropa parlamentarilərinin buna seyirçi qalması təəccübləndirir
Tarix: 29-01-2019 20:33 | Bölmə: Dünya


                               


“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” Avropa İttifaqına Avropa Parlamentinin üzvlərinin son illər Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibətlə bağlı müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycana qarşı 30 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən təcavüz siyasəti davam edir:
“Azərbaycan ərazilərinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1 milyondan artıq azərbaycanlı öz ata-baba yurdlarından qovulublar. Monoetnik ölkəyə çevrilmiş Ermənistanda insan haqları kobud surətdə pozulduğu halda, Avropa parlamentarilərinin buna seyirçi mövqedə yanaşması bizi təəccübləndirir. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində Ermənistan parlamentinə daxil olan avtomatla silahlanmış terrorçuların baş nazir, parlamentin spikeri və digər rəhbər vəzifəli şəxsləri güllələməsi, həbsxanalarda məhbusların, o cümlədən müxalifət partiya nüməyəndələrinin müəmmalı şəkildə öldürülməsi və s. hallar bu ölkədə özbaşınalığın baş alıb getdiyini göstərir.
Bütün bu hallara göz yuman Avropa parlamentarilərinin Azərbaycanda baş verən hər hansı kiçik bir halı böyüdərək ölkəmizə qarşı hücuma keçmələri heç bir məntiqə sığmır. Biz Avropa İttifaqından bu cür qərəzli yanaşmaya, ölkələrə ikili standartlarla yanaşmağa son qoymağı qətiyyətlə tələb edirik”.



Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər