Bütün xəbərlər
Maykl Cekson olmaq üçün 11 dəfə bıçaq altına uzandı-FOTOLAR
Tarix: 29-01-2019 10:00 | Bölmə: Dünya

Gənc oğlan üçün bir neçə yeni əməliyyata ehtiyac olduğunu deyib

Argentinalı Leo adlı gənc oğlan hər kəsi şoka salıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Leo məşhur müğənni Maykl Ceksonun fanatıdır və ona bənzəməyə çalışır. O, Maykı Ceksona bənzəmək üçün ilk dəfə 15 yaşında plastik əməliyyat keçirib.
Maykl Ceksona bənzəməyə çalışan Leo

© INSTAGRAM / LEOBLANCO1
Maykl Ceksona bənzəməyə çalışan Leo

Gənc ümumilikdə 11-dən çox əməliyyat etdirib. Leoya bu əməliyyatlar 30 min dollara başa gəlib. Amma gənc görünüşündən tam razı deyil. O, pop kralı Makl Ceksona daha çox bənzəmək üçün bir neçə yeni əməliyyata ehtiyac olduğunu deyib.
Maykl Ceksona bənzəməyə çalışan Leo

© INSTAGRAM / LEOBLANCO1
Maykl Ceksona bənzəməyə çalışan Leo

Leonun anası bildirib ki, oğlunu dəstəkləyir: “O, nə qərar versə, qəbul edəcəm. Amma etiraf edim ki, bəzən onun bu halı məni də çaşdırır. Həqiqətən oğlum olub-olmadığını düşünürəm”.








Baxış sayı: 781


Bölməyə aid digər xəbərlər