Bütün xəbərlər
"Diriliş Ərtoğrul"la bağlı şok iddia: Engin serialdan ayrılır?
Tarix: 27-01-2019 02:08 | Bölmə: Dünya




Türkiyənin TRT 1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialına Osman qazi rolu üçün Burak Özçivitin gəlməsi xəbərindən sonra Engin Altan Düzyatanın serialdan ayrılacağı ilə bağlı iddialar irəli sürülüb.
Kult.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Məlumata görə, Burak Özçivit artıq Osman qazi rolu üçün təlimlərə başlayıb və serialın finalından sonra Osmanlının qurulması illərindən bəhs edən bölümlərdə Özçivit baş rolu canlandıracaq. Filmdə Engin Altan Düzyatanın canlandırdığı Ərtoğrul bəyin isə serialda daha iştirak etməyəcəyi barədə iddialar səsləndirilir.
Qeyd edək ki, serialın yeni bölümü yanvarın 30-da yayımlanacaq.


Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər