Bütün xəbərlər
Zurab Qventsadze: Gürcüstanda millətçi Avaqyanın heykəlini erməniyönümlü qüvvələr ucaldıb
Tarix: 26-01-2019 19:11 | Bölmə: Dünya

                        

Gürcüstanın Axalkalaki şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür.
Bunu Trend-ə Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri Zurab Qventsadze deyib.
Onun sözlərinə görə, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib:
“Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş naziri və xarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək”.
QHT rəhbəri bildirib ki, Gürcüstan ərazisində erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir:
“Ölkələrimiz strateji tərəfdaşdır, Azərbaycan isə bizə dost ölkədir və investisiya dəstəyi, yanacaq təminatı kimi addımlarla ölkəmizi dəstəkləyir. Əminəm ki, üçüncü qüvvələrin Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə ziyan vurmaq cəhdləri uğur qazanmayacaq”.



Baxış sayı: 658


Bölməyə aid digər xəbərlər