12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Çin Xalq Respublikasının daimi nümayəndəsi Ukrayna ilə bağlı danışıqlara şərait yaratmağı təklif edib
Tarix: 15-05-2023 22:06 | Bölmə: Dünya


Ukrayna böhranının dərhal siyasi həllini tapmaq vacibdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Çinli siyasətçi qeyd edib ki, istənilən hərtərəfli həll həmişə ilk addımdan başlayır. Zhang Jun vurğulayıb ki, uzun illər dialoqun və danışıqların bərpasını gözləmək mümkün deyil.
Diplomat danışıqların başlanması üçün şərait yaratmağa çağırıb. Bundan əlavə, Çin Xalq Respublikasının daimi nümayəndəsi qeyd edib ki, bəzi dövlətlər kimi münaqişənin oduna neft qatılmamalıdır ki, ondan istifadə etsinlər.
Zhang Jun bildirib ki, Çinin xüsusi nümayəndəsi Li Hui Polşa, Almaniya, Fransa, Rusiya və Ukraynaya səfər edəcək. Çinli siyasətçi münaqişənin siyasi həllinə nail olmaq üçün hər kəslə dialoq aparacaq.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər