Bütün xəbərlər
Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib
Tarix: 23-01-2019 23:14 | Bölmə: Dünya

                       


Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib.
Trend-in məlumatına görə, bu barədə X.Quaydo müxalifətin Karakasın Çakao rayonunda keçirilən mitinqi zamanı bildirib.
X.Quaydo deyib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp X.Quaydo artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.


Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər