Bütün xəbərlər
Parisdə prezident sarayının yaxınlığında bank qarət olundu
Tarix: 22-01-2019 21:39 | Bölmə: Dünya

                       

Fransanın paytaxtı Parisdə prezident sarayının yaxınlığında bank qarət olunub.
Trend-in məlumatına görə, günorta saatlarında dörd silahlı şəxs banka daxil olub, əməkdaşların əl-qolunu bağlayaraq seyfləri boşaltmağa başlayıb.
30 seyfi boşaltdıqdan sonra soyğunçular hadisə yerindən uzaqlaşıb. Qarət olunan məbləğ açıqlanmır.
Bankın əməkdaşları 3 saata yaxın bağlı qaldıqdan sonra, polis tərəfindən azad edilib.



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər