Bütün xəbərlər
Futbol azarkeşləri iğtişaş törədiblər
Tarix: 15-03-2023 22:53 | Bölmə: Dünya


İtaliyanın "Napoli" futbol klubunun azarkeşləri Neapolda Çempionlar Liqası matçı öncəsi Almaniyanın "Ayntraxt" klubunun azarkeşləri ilə dostcasına qarşılaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhərin mərkəzində qəzəblənən izdihamla polis arasında toqquşma olub.
Çərşənbə günü, martın 15-də İtaliyanın Neapol şəhərində futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” və “Ayntraxt” klublarının cavab oyunu öncəsi iğtişaşlar baş verib. İlk görüşdə italyanlar 2:0 hesabı ilə qalib gəlib.
TASS-ın məlumatına görə, italyanlar alman azarkeşlərin olduğu avtobuslara daş atıblar, əvvəllər Neapol rəhbərliyi onların toqquşma təhlükəsi səbəbindən oyuna gəlməsinə qadağa qoyub. Qadağaya baxmayaraq, Almaniyadan minə yaxın azarkeş Almaniya klubunu dəstəkləmək üçün gəlib.
Həyəcanlı italyan azarkeşlər asayişi bərpa etməyə çalışan polislə dava edib və bir neçə avtomobili yandırıblar. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər