Bütün xəbərlər
İngiltərə kraliçasının əri avtomobil qəzasına düşdü
Tarix: 19-01-2019 17:01 | Bölmə: Dünya

                   



                    İngiltərə kraliçasının əri avtomobil qəzasına düşdü

İngiltərə kraliçası II Elizabetin əri, şahzadə Filip avtomobil qəzasına düşüb.
“Ölkə.Az” xəbər verir ki, insident Norfolk səmtində baş verib və şahzadə qəza nəticəsində xəsarət almayıb.
Hadisə zamanı oradan keçən və şahzadəyə avtomobildən çıxmağa kömək edən şahidlərdən biri deyib:
“Qəzadan sonra Filipin şüuru üstündə idi. Amma şok keçirmişdi və sarsılmışdı. Qəzaya düşən digər avtomobildə isə ağlayan bir körpə var idi. Mən dərhal təcili yardıma zəng etdim. Əraziyə polis və təcili yardım briqadası cəlb edildi. Digər avtomobildəki ana və körpəsi xəstəxanaya aparıldı”.
Qəzadan sonra Britaniya mətbuatında müzakirələr başlayıb. Mətbuat 97 yaşlı insanın avtomobil idarə etməsinin əleyhinə çıxıb.


Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər