Bütün xəbərlər
İtirilmiş yüksək radioaktiv kapsul tapıldı
Tarix: 01-02-2023 12:43 | Bölmə: Dünya

Fevralın 1-də səhər saatlarında Avstraliyanın Nyuman şəhərindən 50 kilometr cənubda diametri altı və uzunluğu səkkiz millimetr olan radiosezium kapsulası aşkar edilib.
Qərbi Avstraliyanın fövqəladə hallar naziri Stiven Dauson, "Axtarış qrupu sözün əsl mənasında ot tayasında iynə tapdı" deyib.
Qərbi Avstraliyada yüksək radioaktiv kapsulun itirilməsi barədə daha əvvəl mədən şirkəti "Rio Tinto" məlumat vermişdi. Bu, onun Pilbara bölgəsindən ştatın paytaxtı Pert şəhərindəki anbara daşınması zamanı baş verib.
“RİA Novosti” xəbər verir ki, ekspertlər xəbərdarlıq ediblər ki, kapsulla ilə uzun müddət təmasda olmaq yanıq, şüa xəstəliyi və xərçəngə səbəb ola bilər.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər