Bütün xəbərlər
Çin ABŞ-ı münaqişələrə yanacaq qatmaqda ittiham edir
Tarix: 30-01-2023 14:40 | Bölmə: Dünya


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Çin hakimiyyəti Ağ Evin Ukraynadakı vəziyyəti və Koreya yarımadası probleminin siyasi həlli prosesini qızışdıran siyasətini dəstəkləmir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mao Nin deyib ki, Çin həmişə Ukraynadakı münaqişənin və Koreya yarımadasının nüvə probleminin sülh yolu ilə həllinə kömək etmək üçün mümkün olan hər şeyi etməyə çalışır.
O qeyd edib ki, “ÇXR ABŞ-ın atəşə yanacaq qatmasının əleyhinədir”. Diplomat qeyd edib ki, Pekin öz siyasətində ilk növbədə faktlara və tarixi təcrübəyə əsaslanır.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ı Ukrayna böhranının əsas təşəbbüskarı hesab edir. Əgər ABŞ hökuməti Ukraynadakı münaqişənin bitməsini istəyirsə, o zaman silah tədarükünü dayandırmalı və vəziyyətdən qazanc əldə etməyi dayandırmalıdır.
Mao Nin vurğulayıb ki, Çin ABŞ-dan dialoq və qarşılıqlı əməkdaşlıq üçün səy göstərməsini gözləyir.
Bundan əlavə, diplomat Ukraynaya görə ABŞ-ın Çinə qarşı əsassız ittihamlarını açıqlayıb. Çin şirkətlərinə qarşı qanun pozuntusu olduğu zaman Pekin susmayacaq.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər