Bütün xəbərlər
Borrell: "Aİ Ukraynadakı münaqişəyə qarışmaq istəmir"
Tarix: 20-01-2023 19:56 | Bölmə: Dünya

Aİ Ukraynadakı münaqişəyə qarışmır və silahlı münaqişənin tərəflərindən birinə çevrilmək istəmir, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda siyasətçi etiraf edib ki, Aİ Ukraynaya hərbi yardım edir.
Borrel bildirib ki, Ukraynada münaqişə 2014-cü ildə başlayıb və Avropa İttifaqı sona qədər bundan qaçmağa çalışıb.
Avropa diplomatiyasının rəhbəri daha əvvəl bildirmişdi ki, Aİ artıq Kiyevə ümumilikdə 10 milyard avro məbləğində hərbi yardım edib. Buna Avropanın Ukraynaya verdiyi bütün maliyyə dəstəyini də əlavə etsək, 50 milyarddır.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər